David Vilyanın oğlu “Atletiko”nun heyətində debüt edib

28 Dekabr 2025 18:28
228
David Vilyanın oğlu “Atletiko”nun heyətində debüt edib

İspaniya millisinin sabiq hücumçusu David Vilyanın oğlu “Atletiko” klubunun yeniyetmələrdən ibarət komandasında debüt edib.

İdman.Biz xəbər verir ki, gənc futbolçu Madrid təmsilçisinin aşağı yaş qrupu komandasında ilk rəsmi oyununa çıxaraq peşəkar futbol yolunda növbəti addımını atıb.

Hadisə sosial şəbəkələrdə böyük maraq doğurub və futbol ictimaiyyəti bunu nəsillərin davamı kimi qiymətləndirib.

İdman.Biz
Məqalədə: