“Qarabağ”ın yetirməsi karyerasını İspaniyada davam etdirəcək

28 Dekabr 2025 15:20
260
“Qarabağ”ın yetirməsi karyerasını İspaniyada davam etdirəcək

“Qarabağ” akademiyasının yetirməsi Yavuz Quliyev karyerasını İspaniyada davam etdirəcək və bundan sonra “Ueska” klubunun strukturunda çıxış edəcək.

İdman.Biz xəbər verir ki, daha əvvəl “Qarabağ”ın U-16 komandasında forma geyinən futbolçu İspaniyanın “Ueska” klubuna transfer olunub və burada gənc yaş qruplarından ibarət komandaların heyətində oynayacaq.

Məlumata görə, Yavuz Quliyev yeni klubu ilə uzunmüddətli müqavilə imzalayıb.

İdman.Biz
Məqalədə: