Sabiq baş məşqçi Elmar Baxşıyevlə müqaviləyə xitam verən “Araz-Naxçıvan” anlaşmanı birtərəfli qaydada pozub.
İdman.Biz prosport.az-a istinadən xəbər verir ki, klub müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini qeyd etsə də, mütəxəssis özü fərqli danışır.
Elmar Baxşıyev “qırmızı-ağlar”da aylıq 13 min manat maaş alıb. May ayına qədər qüvvədə olan müqaviləsi olduğunu nəzərə alsaq, Baxşıyev ümumilikdə 65 min manat kompensasiya tələb edir.
