“Neftçi” klubu “Karvan-Yevlax”ın avtobusunu təmir etdirəcək

Xəbərlər
26 Dekabr 2025 15:42
74
“Neftçi” klubu “Karvan-Yevlax”ın avtobusunu təmir etdirəcək

Misli Premyer Liqasında 16-cı turunda “Karvan-Yevlax” – “Neftçi” oyununda baş verən hadisələrə görə AFFA İntizam Komitəsi bəzi qərarlar qəbul edib.

İdman.Biz xəbər verir ki, “Karvan-Yevlax” komandasının beş futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

Eyni oyunda qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə “Karvan-Yevlax” 5000 manat cərimə olunub.

“Neftçi” komandası da bu oyuna görə cəzasız qalmayıb. Oyununun 90+8-ci dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə dördüncü dəfə təkrarlandığına görə “Neftçi” komandası 4000 manat cərimə olunub.

Bundan əlavə, “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın avtobusuna vurulmuş zərəri də klub ödəyəcək.

İdman.Biz