Fransanın PSJ komandasının yarımmüdafiəçisi Vitinya gələcək planları barədə açıqlama verib.
İdman.Biz xəbər verir ki, o, “Jogo” nəşrinə müsahibəsində 2020-ci ildə “Vulverhempton”a keçməzdən əvvəl əsas komandasında çıxış etdiyi “Portu”ya qayıtmaq istədiyini gizlətməyib.
“Mən bu formanı yenidən geyinməyi çox istərdim, çünki “Draqau”da özümü evdəki kimi hiss edirəm. Amma bu, əsasən karyeramın necə inkişaf edəcəyindən, eləcə də “Portu”dakı vəziyyətdən asılı olacaq, çünki mən həmişə klubun məqsədlərindən və istəklərindən asılı olacağam”, - deyə 25 yaşlı yarımmüdafiəçi bildirib və sevimli klubuna bağlılığını vurğulayıb.
Vitinyanın PSJ ilə mövcud müqaviləsi 2029-cu ilə qədərdir, lakin Paris klubu futbolçu ilə müqaviləni uzatmaq niyyətindədir və yaxın vaxtlarda onunla danışıqlara başlamağı planlaşdırır.
