David Trezege İtaliya çempionatında vurduğu ən baxımlı qolu xatırlayıb

Xəbərlər
26 Dekabr 2025 12:45
47
David Trezege İtaliya çempionatında vurduğu ən baxımlı qolu xatırlayıb

Futbol üzrə Fransa millisinin sabiq futbolçusu David Trezege İtaliya A Seriyasında vurduğu əm baxımlı qolu xatırlayıb.

İdman.Biz xəbər verir ki, sabiq futbolçunun açıqlamasını Pianetamilan.it saytı dərc edib.

Məlum olub ki, bu qol “Milan”ın qapısına vurulub.

“A Seriyasında vurduğum ən yaxşı qolu asanlıqla xatırlaya bilərəm. Bu, 2004/2005 mövsümündə “Milan”a qarşı oyunda başla vurduğum qol idi və biz həmin mövsüm Skudettonu qazandıq. Məhz həmin matç bizə çempionluğu demək olar ki, təmin etdi. “Milan” isə o vaxt çox güclü idi”, — deyə Trezege bildirib.

Məlumat üçün əlavə edə ki, David Trezege peşəkar futbol karyerasını 2015-ci ildə başa vurub.

İdman.Biz
Məqalədə: