Tural Əsgərov: “Məncə, bu barədə nəsə söyləmək tezdir”

Xəbərlər
25 Dekabr 2025 18:15
41
Tural Əsgərov: “Məncə, bu barədə nəsə söyləmək tezdir”

“Çempionatın ilk yarısında qeyri-adi hal baş vermədi. Mövsümün əvvəlində “Qarabağ”ın favorit olacağı, “Sabah”ın isə onlara əsas rəqib olacağı gözlənilirdi”.

Bu sözləri futbol meneceri Tural Əsgərov deyib.

O, Misli Premyer Liqasında mövsümün ilk yarısını dəyərləndirib.

“Gözlənilirdi ki, “Turan Tovuz”, “Zirə” və “Araz-Naxçıvan” bu mübarizəyə qoşulmağa çalışacaqlar. “Neftçi” tapmaca olaraq qalır. Uğursuzluqdan sonra baş məşqçini də dəyişdilər. Son illərdə qeydə alınan nəticələrə baxanda “Sabah”ın qış çempionluğu gözlənilən idi. “Qarabağ” Çempionlar Liqasındakı çıxışına görə çempionatın ritmindən kənarda qalır. “Sabah” bundan maksimum yararlanıb fasiləyə ilk pillədə yollandı. Oyunu ilə adından söz etdirən legioner? Məncə, bu barədə nəsə söyləmək tezdir. Xüsusi fərqlənən legionerin adını hələ ki, çəkə bilməyəcəm”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, “Sabah” fasiləyə 2025/2026 mövsümünün qış çempionu kimi yollanıb.

İdman.Biz