“Qarabağ”ın sabiq qapıçısı: “Bakı möhtəşəm şəhərdir” - VİDEO

Xəbərlər
22 Dekabr 2025 17:41
49
“Qarabağ”ın sabiq qapıçısı: “Bakı möhtəşəm şəhərdir” - VİDEO

2019-cu ilin son dörd ayını icarə əsasında “Qarabağ”da çıxış etmiş bosniya və herseqovinalı qapıçı Asmir Beqoviç Ağdam klubu barədə xatirələrini danışıb.

İdman.Biz xəbər verir ki, 38 yaşlı Asmir Beqoviç “YouTube” platformasında yayımlana “Stillryan” podkastının qonağı olub.

“Üç aydan bir qədər çox “Qarabağ”da çıxış etdim. Transfer pəncərəsinin son günündə - sentyabrın 1-i və ya 2-də müqavilə imzaladığım üçün üç ay yarım Bakıda oldum. Yanvar ayınadək komandada qaldım, qış fasiləsi isə dekabrın ortalarına təsadüf edirdi. Bu müddətdə Avropa Liqasında oyunlarda iştirak etdim və Bakıda yaşadım. Açığı, Bakı möhtəşəm şəhərdir. Həqiqətən də möhtəşəm şəhərdir. “Qarabağ” çox böyük klubdur. Azərbaycan xalqı isə son dərəcə səmimi və inanılmaz dərəcədə qonaqpərvərdir” – xatirələrini bölüşən A.Beqoviç söyləyib.

İdman.Biz