Dünən “Kəpəz” futbol klubunun müdafiəçi Perdo Qomeşlə yollarını ayırması və qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam veriləcək oyunçunun təkcə Qomes olmayacağı barədə məlumat vermişdik.
İdman.Biz xəbər verir ki, bu gün “Kəpəz” Peşəkar Futbol Klubu açıqlama yayaraq Katsper Rosa və Perdo Qomeşlə yollarını ayırdıqlarını təsdiqləyib.
Bildirilib ki, polşalı qapıçı və portuqaliyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Hər iki oyunçu Gəncə təmsilçisinə cari mövsümdə cəlb olunmuşdu.
