Misli Premyer Liqasının 16-cı turunda “Turan Tovuz”a 2:0 hesabı ilə uduzan “Kəpəz” komandasının baş məşqçisi Azər Bağırov matçdan sonra portuqaliyalı gənc müdafiəçi Pedro Qomeslə işləmək istəmədiyini söyləyib.
İdman.Biz-ə məlumatlı mənbə bildirib ki, baş məşqçinin bu qərarından sonra Qomeslə iyul ayında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Aldığımız digər məlumatda isə bildirilir ki, qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam veriləcək oyunçu təkcə Qomes olmayacaq və yaxın günlərdə bəzi legionerlərlə də yollar ayrılacaq.
Buna səbəb kimi Azər Bağırovun daha çox yerli oyunçularla işləmək istəməsidir.
