16 yaşlı istedad Kassiano Kiala Almaniyanın “Bavariya” klubunun əsas komandasında ilk oyununa çıxıb.
İdman.Biz xəbər verir ki, gənc futbolçunun debütü təsadüfi qərar deyil və klubun uzunmüddətli strategiyasının bir hissəsi hesab olunur.
Mənbələrin məlumatına görə, Kiala ilə yeni müqavilə üzrə razılaşma artıq yekunlaşmaq üzrədir və “Bavariya” yaxın zamanda bunu rəsmi şəkildə açıqlamağı planlaşdırır.
Klub daxilində Kialanın əsas komandada meydana çıxması həm indiki zamana, həm də gələcəyə olan yüksək etimadın açıq mesajı kimi qiymətləndirilir. Rəhbərlik gənc futbolçunu perspektivli layihənin vacib fiqurlarından biri hesab edir.
