Almaniya Bundesliqasının 2025/2026 mövsümünün 15-ci turu çərçivəsində keçirilən “Haydenhaym” - “Bavariya” oyunu qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, Münhen təmsilçisi hesabı 15-ci dəqiqədə Yozi̇p Stanişiçin qolu ilə açıb. 32-ci dəqiqədə Maykl Olise fərqi iki topa çatdırıb. Oyunun son dəqiqələrində üstünlüyünü daha da artıran “Bavariya” 87-ci dəqiqədə Luis Dias, 90+2-ci dəqiqədə isə Harri Keynin qolları ilə yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra 11 xalı olan “Haydenhaym” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. 41 xala yüksələn “Bavariya” isə Bundesliqada liderliyini qoruyub.
