Robert Levandovski top-5 liqalarda 500-cü matçını keçirib

Xəbərlər
22 Dekabr 2025 04:10
32
Robert Levandovski top-5 liqalarda 500-cü matçını keçirib

İspaniyanın “Barselona” komandasının hücumçusu Robert Levandovski Avropanın top-5 liqalarında 500-cü oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, polyak forvard bu göstəriciyə İspaniya La Liqasının 17-ci turunda “Vilyarreal”a qarşı keçirilən və “Barselona”nın 2:0 hesablı qələbəsi ilə başa çatan matçda nail olub.

Levandovski oyuna 62-ci dəqiqədə, Ferran Torresin əvəzinə daxil olub.

Qeyd edək ki, təcrübəli hücumçu top-5 liqalarda indiyədək 389 qol vurub. Bu göstəricidə o, yalnız “İnter Mayami”nin hücumçusu Lionel Messi (496 qol) və “Ən-Nəsr”in forvardı Kriştianu Ronaldundan (495 qol) geri qalır.

Cari mövsümdə Levandovski La Liqada 13 oyunda səkkiz qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz