Erlinq Holand oyun formasını mərhum norveçli mütəxəssisin nəvələrinə hədiyyə edib

Xəbərlər
22 Dekabr 2025 05:55
36
Erlinq Holand oyun formasını mərhum norveçli mütəxəssisin nəvələrinə hədiyyə edib

İngiltərənin “Mançester Siti” komandasının hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasının 17-ci turunda “Vest Hem”ə qarşı keçirilən və 3:0 hesabı ilə başa çatan oyunda geyindiyi formasını mərhum norveçli məşqçi Oqe Hareydenin dörd nəvəsinə hədiyyə edib.

İdman.Biz “NRK nəşri”nə istinadla xəbər verir ki, Oqe Hareyde 2017-ci ildə Danimarka milli komandasının baş məşqçisi kimi yığmanı 2018-ci il dünya çempionatına çıxarmışdı. Həmin mundialda Danimarka millisi 1/8 final mərhələsinə qədər irəliləmişdi. Təcrübəli mütəxəssis müxtəlif illərdə Norveç və İslandiya milli komandalarına da rəhbərlik edib.

Klub karyerası ərzində Hareyde “Molde”, “Rusenborq”, “Vikinq”, “Bröndby”, eləcə də İsveçin “Helsinqborq”, “Malmö” və “Erqryute” klublarında çalışıb. O, məşqçi kimi İsveç, Danimarka və Norveç çempionluqları qazanıb, 2014-cü ildə isə İsveç çempionatında ilin məşqçisi seçilib.

Erlinq Holandın bu addımı Norveç futbol ictimaiyyəti tərəfindən hörmət və ehtiram nümunəsi kimi dəyərləndirilib.

İdman.Biz