Misli Premyer Liqasının 16-cı turunda “Araz-Naxçıvan”a 0:2 hesabı ilə uduzan “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında görüşü dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis məğlubiyyəti üzücü adlandırıb və komandasının göstərdiyi oyuna görə daha yaxşı nəticəyə layiq olduğunu bildirib.
Abbasov qeyd edib ki, indiyədək toplanan xallar qənaətbəxşdir, lakin daha artığını əldə etmək mümkün idi. Baş məşqçi gənc futbolçuların üzərinə düşən məsuliyyəti hələ tam mənimsəyə bilmədiklərini vurğulayıb və komandaya göstərilən etimadı doğrultmaq üçün daha inamlı, soyuqqanlı çıxış lazım olduğunu söyləyib.
