Brunu Fernandeş “Aston Villa” ilə oyunu davam etdirə bilməyib

Xəbərlər
21 Dekabr 2025 22:09
49
Brunu Fernandeş “Aston Villa” ilə oyunu davam etdirə bilməyib

İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən “Aston Villa” - “Mançester Yunayted” matçının ikinci hissəsində “qırmızı şeytanlar” məcburi dəyişiklik etmək məcburiyyətində qalıb.

İdman.Biz xəbər verir ki, “Mançester Yunayted”in kapitanı Brunu Fernandeş oyunu davam etdirə bilməyib və fasilədə əvəzlənib. Onun yerinə meydana Lisandro Martines daxil olub.

Portuqaliyalı yarımmüdafiəçi ilk hissədə zədə ala biləcəyi bir epizodda iştirak edib. Fernandeş fasiləyədək oyunu davam etdirsə də, ikinci hissəyə çıxmayıb.

İdman.Biz