Bu gün Misli Premyer Liqasının 16-cı turunun növbəti qarşılaşması Liv Bona Dea Arenada keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Araz Naxçıvan" “Şamaxı”nı qəbul edəcək.
Oyun saat 17:30-da başlayacaq. “Araz Naxçıvan” turnir cədvəlində 23 xalla altıncı, “Şamaxı” isə 20 xalla yeddinci sıradadır.
Misli Premyer Liqası
İkinci dövrə, 16-cı tur
20 dekabr
17:30. “Araz Naxçıvan” - “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Liv Bona Dea Arena.
