Bu gün Misli Premyer Liqasının 16-cı turunun növbəti qarşılaşması Qəbələ şəhər stadionunda keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Qəbələ” “Qarabağ”ı qəbul edəcək.
Oyun saat 15:00-da başlayacaq. “Qəbələ” turnir cədvəlində 8 xalla 11-ci, “Qarabağ” isə 33 xalla ikinci sıradadır.
Misli Premyer Liqası
İkinci dövrə, 16-cı tur
21 dekabr
15:00. “Qəbələ” - “Qarabağ”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu.
