Azərbaycan klubuna texniki məğlubiyyət verilib

Xəbərlər
19 Dekabr 2025 14:13
47
Azərbaycan klubuna texniki məğlubiyyət verilib

Bizon Azərbaycan İkinci Liqasında çıxış edən “Şəki” texniki məğlubiyyətlə cəzalandırılıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Bölgə təmsilçisinə 13-cü turun “Qaradağ Lökbatan”la matçına çıxmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət verilib. Bununla yanaşı klub 1000 manat cərimələnib.

İdman.Biz