“Möhtəşəm oyun idi”.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Aron Maluda deyib.
O, “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının birinci turundan təxirə salınmış qarşılaşma haqqında fikirlərini bölüşüb:
“Matçın sonlarında qələbə qolunu vurduğum üçün xoşbəxtəm. Çox çətin oyun oldu. Amma biz komanda olaraq birlikdə idik və hazırda qalibiyyətə görə çox sevinirik”
A.Maluda azarkeşlərə də müraciət edib: “Onlar möhtəşəm idilər. Hər birinə təşəkkür edirəm. Fanatlara ehtiyacımız var. Ümid edirəm ki, hər matçda bu cür bizi dəstəkləyəcəklər. Çünki qarşımızda böyük məqsədlərimiz var”.
