“Qadınlar arasında ilin ən yaxşısı” üçün finalçılar açıqlanıb

Xəbərlər
18 Dekabr 2025 17:22
42
“Qadınlar arasında ilin ən yaxşısı” üçün finalçılar açıqlanıb

2025-ci il üzrə “Globe Soccer Awards” mükafatında qadınlar arasında ilin ən yaxşı oyunçusu və ilin ən yaxşı klubu nominasiyalarının finalçıları müəyyənləşib. Bu barədə mükafatın rəsmi “X” hesabında məlumat yayılıb.

İdman.Biz xəbər verir ki, qadınlar arasında ilin ən yaxşı oyunçusu adına namizəd olan futbolçular bunlardır:

Aytana Bonmati və Aleksia Putelyas (“Barselona”), Mariona Kaldentey və Alessiya Russo (“Arsenal”), eləcə də Melşi Dümonre (“Lion”).

Eyni zamanda, qadınlar arasında ilin ən yaxşı klubu nominasiyası üzrə finalçılar da açıqlanıb. Bu ada “Arsenal”, “Barselona”, “Çelsi” və “Yuventus” klubları namizəddir.

Qeyd edək ki, “Globe Soccer Awards” futbol dünyasında il ərzində ən böyük uğurlara imza atan oyunçuların və klubların mükafatlandırıldığı nüfuzlu mərasimdir. Qaliblər səsvermə yolu ilə müəyyənləşdiriləcək.

Mükafatlandırma mərasimi 28 dekabr tarixində Dubayda keçiriləcək.

İdman.Biz