Vüsal İsgəndərli: “Yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək”

Xəbərlər
18 Dekabr 2025 12:07
48
Vüsal İsgəndərli: “Yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək”

“Partizani”nin heyətində qol vurmağım məni çox sevindirdi. Amma etiram edim ki, mənim üçün daha vacib olan komandamın qalibiyyətidir. Buna görə də sevinirəm. Yolumuza davam edirik, çalışacağıq ki, uğurlu nəticəmizin davamı gəlsin”.

Bu sözləri “Partizani”nin azərbaycanəsilli futbolçusu Vüsal İsgəndərli deyib.

Ölkə çempionatının 16-cı turunda “Flamurtari” ilə keçirilən görüşdə (2:1) qol vuran futbolçu komandasının qələbəsində önəmli rol oynayıb.

O, Albaniya Superliqasındakı performansının yüksəlməsindən sonra Azərbaycan millisinə də dəvət alacağına inandığını deyib.

“Ayxan Abbasovun mənə dəstəyini, futbolçu və Vüsal İsgəndərli kimi olmağımda nə qədər zəhməti keçdiyini hamı bilir. Bu haqda çox danışa bilərəm. Amma milli komandada baş məşqçisidir, sonra səhv başa düşülər. İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək. Dəvət almamağımın fərqli səbəbləri var idi. Bunlar performansla əlaqəli deyildi. Bəli, köməkçi məşqçi Vüqar Mustafayevlə əlaqə saxlayır arada-bir”, - deyə o, sportal-az-a açıqlamasında deyib.

İdman.Biz