“Çelsi” Messini transfer edə bilərdimi?

Xəbərlər
18 Dekabr 2025 11:55
65
“Çelsi” Messini transfer edə bilərdimi?

2014-cü ildə İngiltərənin “Çelsi” klubu futbol tarixinin ən böyük transferlərindən birini reallaşdırmağa çox yaxın olub. Söhbət Argentina millisinin və “Barselona”nın əfsanəsi Lionel Messinin Londona mümkün keçidindən gedir.

İdman.Biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano açıqlama yayıb.

Onun sözlərinə görə, həmin dövrdə “Çelsi”nin baş məşqçisi Joze Mourinyo olduğu vaxtda “zadəganlar” Messini heyətinə qatmaq üçün ciddi cəhdlər göstəriblər.

Romano bildirib ki, “Çelsi” rəhbərliyi argentinalı ulduzu razı salmaq üçün onun yaxın ətrafı ilə əlaqə saxlayıb, hüquqşünasları ilə mümkün transferin şərtlərini müzakirə edib və Messini Premyer Liqadadan çağırışı qəbul etməyə inandırmağa çalışıb.

Lakin bütün bu səylərə baxmayaraq, transfer baş tutmayıb. Səbəb isə Messinin “Barselona”ya olan xüsusi bağlılığı olub. Futbolçu ailəsi ilə birlikdə Kataloniyada qalmaq və karyerasını “Barsa”da davam etdirmək qərarı verib.

Qeyd olunur ki, o dövrdə “Çelsi”nin sahibi Roman Abramoviç Messini klubun yeni siması kimi görmək istəyib və transfer üçün ciddi addımlar atıb. Ancaq bütün istək və imkanlara baxmayaraq, bu plan reallaşmayıb və futbol tarixinin ən maraqlı “nə olardı əgər” hekayələrindən biri olaraq qalıb.

İdman.Biz