Misli Premyer Liqasında birinci turdan təxirə salınmış “Sabah” - “Qarabağ” matçının təyinatları məlum olub.
İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “Bank Respublika Arena”da keçiriləcək matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Ona bu işdə Elşad Abdullayev, Pərvin Talıbov və Vüqar Həsənli kömək edəcəklər.
Tural Qurbanov VAR-da, Asiman Əzizli isə AVAR-da təmil olunacaq. Hakim-inspektor vəzifəsini Vüsal Əliyev yerinə yetirəcək. AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq.
Qeyd edək ki, “Sabah” - “Qarabağ” oyunu dekabrın 18-də, saat 19:30-da başlayacaq.
