Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klubların 2024-cü maliyyə ilinə dair gəlir göstəriciləri açıqlanıb.
İdman.Biz xəbər verir ki, 2024-cü də Premyer Liqa klublarının ümumi gəlirləri 2023-cü illə müqayisədə təxminən 19 faiz artıb.
“Qarabağ” FK gəlirlər baxımından lider mövqeyini qoruyub. Ağdam təmsilçisinin 2024-cü ildə gəliri 34 milyon 753 min 800 manat təşkil edib.
İkinci pillədə “Neftçi” qərarlaşıb. Bakı klubunun 2024-cü il üzrə gəliri 28 milyon 617 min 506 manat olub. İlk üçlüyü isə “Sabah” tamamlayır – paytaxt təmsilçisi 26 milyon 953 min 800 manat gəlir əldə edib.
Digər klubların 2024-cü il gəlirləri belədir:
“Zirə” FK - 10 milyon 968 min 897 manat
“Sumqayıt” FK - 9 milyon 178 min 600 manat
“Səbail” FK - 9 milyon 292 min 900 manat
“Araz-Naxçıvan” PFK - 6 milyon 208 min 100 manat
“Turan Tovuz” PFK - 6 milyon 145 min 200 manat
“Kəpəz” PFK - 3 milyon 711 min 300 manat
“Şamaxı” FK - 5 milyon 586 min manat
2024-cü il üzrə pay bölgüsünə baxdıqda, ümumi gəlirin 25 faizi “Qarabağ”ın, 21 faizi “Neftçi”nin, 20 faizi “Sabah”ın payına düşüb.
