Lukaku “Napoli”nin Superkubok heyətinə salındı

Xəbərlər
17 Dekabr 2025 14:56
51
Lukaku “Napoli”nin Superkubok heyətinə salındı

İtaliyanın “Napoli” klubunun hücumçusu Romelu Lukakunun adı komandanın İtaliya Superkuboku üçün açıqlanan heyətinə daxil edilib.

İdman.Biz xəbər verir ki, dörd ay əvvəl aldığı zədə səbəbindən meydana çıxa bilməyən belçikalı futbolçu komanda ilə birlikdə Superkubok oyunlarının keçiriləcəyi Ər-Riyada yollanıb.

Lukaku dekabrın 18-22-si aralığında keçiriləcək turnirdə baş məşqçi Antonio Kontenin sərəncamında olacaq. O, cümə axşamı “Milan”a qarşı yarımfinal matçı üçün də heyətdə yer alıb.

Romelu Lukaku avqust ayında “Olimpiakos”la yoldaşlıq görüşündə sol bud əzələsindən ciddi zədə almışdı. Uzunmüddətli reabilitasiyadan sonra komanda ilə məşqlərə qayıtsa da, futbolçunun fiziki durumu hələ tam ideal səviyyədə deyil və onun dönüşü ehtiyatla planlaşdırılır.

Bu səbəbdən Lukakunun “Milan”la yarımfinal görüşünü buraxması və ya oyunu tribunadan izləməsi mümkündür. Daha real variant isə onun ehtiyat oyunçular skamyasında yer alması və 22 dekabrda keçirilə biləcək final matçında, əlavə məşqlərdən sonra, meydanda görünməsidir.

Antonio Konte prosesin sürətləndirilməsini istəmir, lakin “Benfika” və “Udineze”yə məğlubiyyətlərdən sonra bərpa olunmaq istəyən “Napoli” üçün Lukakunun Ər-Riyada nə qədər vacib fiqur olduğunu yaxşı anlayır.

İdman.Biz