“Mançester Yunayted” və “Tottenhem” gənc vinger uğrunda mübarizə aparır

Xəbərlər
17 Dekabr 2025 14:32
41
“Mançester Yunayted” və “Tottenhem” gənc vinger uğrunda mübarizə aparır

Almaniyanın “Köln” klubunda çıxış edən 19 yaşlı vinger Said El Malanın adı İngiltərənin Premyer Liqa nəhənglərinin transfer siyahısına düşüb.

İdman.Biz “Bild” nəşrinə istinadla xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” və “Tottenhem” klubları mövsümün sonunda futbolçunun mümkün transferi ilə bağlı “Köln”lə ilkin təmaslar qurub. Hər iki klubun rəsmi agentlər vasitəsilə Almaniya təmsilçisinin oyunçunu satmağa hazır olub-olmadığını öyrəndiyi bildirilir.

Məlumata görə, “Mançester Yunayted” Said El Mala üçün yay transfer pəncərəsində 26-35 milyon funt sterlinq (təxminən 56-75 milyon AZN) xərcləməyə hazırdır.

Mənbələr gənc futbolçunun karyerasında növbəti addım kimi Premyer Liqanı ideal seçim hesab etdiyini və İngiltərədən gələn marağın ona cəlbedici göründüyünü vurğulayır.

Əsasən “Köln”də sol cinah vingeri kimi çıxış edən Said El Mala mövsüm ərzində mərkəz hücumçusu mövqeyində də üç oyuna çıxıb. Gənc futbolçu cari mövsümdə 6 qol və 2 məhsuldar ötürmə ilə diqqət çəkməyi bacarıb.

İdman.Biz