Kompaninin uğuru vətənində də qiymətləndirilib

Xəbərlər
16 Dekabr 2025 14:19
46
Kompaninin uğuru vətənində də qiymətləndirilib

Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Vensan Kompani vətənində nüfuzlu mükafata layiq görülüb.

İdman.Biz xəbər verir ki, belçikalı mütəxəssis hər il ölkənin ən yaxşı məşqçisinə təqdim olunan “Raymond Goethals Trophy” mükafatını qazanıb.

Səsvermədə “Bavariya”nın çalışdırıcısı “Brügge” klubunun baş məşqçisi Nikki Hayeni qabaqlayıb. Qeyd olunur ki, 2024-cü ildə bu mükafatı qazanan Hayen bu dəfə “Monako”nun baş məşqçisi Sebastyen Pokonyoli ilə birlikdə ikinci yeri bölüşüb.

Mükafat Vensan Kompaninin məşqçi karyerasında ilk belə fərdi mükafatıdır. Cari mövsümdə onun rəhbərlik etdiyi “Bavariya” bütün turnirlərdə cəmi bir dəfə məğlub olub, 23 oyunda 20 qələbə və iki heç-heçə qeydə alıb.

Xatırladaq ki, Kompani “Bavariya”dakı ilk mövsümündə Almaniya çempionu olub və Bundesliqada titul qazanıb.

İdman.Biz