Markus Reşford: “Mənim üçün çox çətindir”

Xəbərlər
16 Dekabr 2025 13:07
52
Markus Reşford: “Mənim üçün çox çətindir”

İspaniyanın “Barselona” komandasının hücumçusu Markus Reşford ispan dilini öyrənməsi ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, ingiltərəli futbolçu yeni dili mənimsəməyin onun üçün asan olmadığını etiraf edib.

Reşford ispan dilinin xüsusilə çətin olduğunu bildirib:

“Bu, ilk dəfədir ki, yeni bir dili ciddi şəkildə öyrənirəm. Əvvəldə irəliləyiş sürətli olur, amma bir neçə həftədən sonra kiçik bir geriləmə yaşayırsan”.

Hücumçu qeyd edib ki, hazırda deyilənlərin çoxunu başa düşür, lakin əsas problemin insanlar qarşısında danışmağa özünə inam tapmaq olduğunu vurğulayıb:

“İndi daha çox anlayıram, amma əsas çətinlik insanların qarşısında danışmaq üçün özünə güvənməkdir. Sadəcə davam etməliyəm. Bu, uzun müddətdir etmək istədiyim bir şeydir və indi bunun üçün ideal fürsətdir”.

İdman.Biz