Rüstəm Əhmədzadə Milsi Premyer Liqada 100-cü oyununu keçirib

Xəbərlər
16 Dekabr 2025 12:04
51
Rüstəm Əhmədzadə Milsi Premyer Liqada 100-cü oyununu keçirib

“Sumqayıt”ın yarımmüdafiəçisi Rüstəm Əhmədzadə Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, onun yubileyi 15-ci tura təsadüf edib.

25 yaşlı futbolçu yubiley oyununa “Neftçi” ilə keçirilən və 2:2 hesabı ilə başa çatan qarşılaşmada start heyətində çıxıb.

O, 100 matçda 10 qola imza atıb. Debütü 2021/2022 mövsümünə təsadüf edən Rüstəm Əhmədzadə üç klubun formasını geyinib. O, “Zirə”də 80 (6 qol), “Sumqayıt”da 14 (4 qol), “Qarabağ”da 6 dəfə şans qazanıb.

O, Misli Premyer Liqada keçirdiyi 100 oyunda ümumilikdə 10 qol vurub. Debütü 2021/2022 mövsümünə təsadüf edən Rüstəm Əhmədzadə karyerası ərzində üç klubda çıxış edib: “Zirə”nin heyətində 80 oyunda 6 qol, “Sumqayıt”da 14 oyunda 4 qol vurub, “Qarabağ”da isə 6 matçda meydana çıxıb.

Qeyd edək ki, Rüstəm Əhmədzadə turnirin tarixində 100 və daha çox oyun keçirən 450-ci futbolçu olub.

İdman.Biz