Azərbaycan klubu ölkə çempionatının oyununda iştirakdan imtina edib

Xəbərlər
15 Dekabr 2025 14:25
50
Azərbaycan klubu ölkə çempionatının oyununda iştirakdan imtina edib

Bizon Azərbaycan ikinci Liqasında mübarizə aparan “Şəki” klubu çempionatın 13-cü turunda qarşılaşmalı olduğu “Qaradağ Lökbatan”la oyuna çıxmayacaq.

İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, qarşılaşma bu gün saat 14:00-da Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda baş tutmalı idi. Matçın hansı səbəbdən təxirə salındığı barədə isə hələlik məlumat verilməyib.

Xatırladaq ki, “Şəki” II Liqada 12 turdan sonra turnir cədvəlində 25 xalla dördüncü sırada qərarlaşıb.

İdman.Biz