Bizon Azərbaycan ikinci Liqasında “Ayın qolu” layihəsi çərçivəsində noyabrın ən yaxşı qolunun müəllifi olan “Şəmkir”in futbolçusu Ceyhun Rəcəbli mükafatlandırılıb.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Mükafatı 13-cu turun “Şəmkir” - “Quba” qarşılaşmasından əvvəl PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.
