“Çətin oyun oldu. Ancaq komanda olaraq yaxşı mübarizə apardıq”.
Bu sözləri “Sabah”ın futbolçusu Aaron Maluda deyib.
Fransalı futbolçu Misli Premyer Liqasının 15-ci turunda “Turan Tovuz”a qalib gəldikləri matç barədə fikirlərini bölüşüb.
“Meydanın vəziyyəti bəzi çətinliklər yaradırdı. Lakin biz peşəkar futbolçularıq. İstənilən halda qələbə üçün meydana çıxmışdıq. Buna da nail olduq. Bizim üçün vacib qələbə idi. Qalib gəldiyimizə görə şadıq. Növbəti oyunda “Qarabağ” ilə qarşılaşacaq. Bu oyun bizim üçün çox əhəmiyyətlidir. Meydanda məşqçilərimizin verdiyi bütün tapşırıqları qüsursuz yerinə yetirərək yaxşı nəticə qazanmaq istəyirik”, - deyə o, sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, Misli Premyer Liqasının 15-ci turunda “Sabah” səfərdə “Turan Tovuz”la qarşılaşıb. Masazır təmsilçisi 3:1 hesablı qələbə qazanıb.
