Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Ağsuya səfər edib.
İdman.Biz xəbər verir ki, millimizin çalışdırıcısı Ağsu şəhər stadionunda fəaliyyət göstərən “Hilal Ağsu” uşaq futbol məktəbini ziyarət edib. Ayxan Abbasov burada məşq keçən yeniyetmə futbolçularla görüşərək onlarla səmimi söhbət aparıb və gələcək karyeralarında uğurlar arzulayıb.
Baş məşqçi çıxışında gənc futbolçuları futbola olan sevgilərini qorumağa, daim üzərlərində çalışmağa və məqsədlərinə çatmaq üçün əzmlə irəliləməyə çağırıb.
Görüşün sonunda yeniyetmələr Ayxan Abbasovla xatirə şəkilləri çəkdirib, ondan avtoqraf alıblar. Milli komandanın baş məşqçisi uşaqlara futbol topları və müxtəlif idman ləvazimatları hədiyyə edib.
