“Roma” Zirkze üçün “Mançester Yunayted”lə birbaşa əlaqə quracaq

Xəbərlər
14 Dekabr 2025 10:40
53
“Roma” Zirkze üçün “Mançester Yunayted”lə birbaşa əlaqə quracaq

İtaliyanın “Roma” klubunun İngiltərənin “Mançester Yunayted” komandasının hücumçusu Coşua Zirkze ilə bağlı planları aktiv mərhələyə keçmək üzrədir.

İdman.Biz xəbər verir ki, jurnalist Matteo Morettonun məlumatına görə, “Roma” klubu yaxın vaxtlarda “Mançester Yunayted”lə birbaşa əlaqə saxlayaraq Coşua Zirkzenin mümkün transferi ilə bağlı danışıqları sürətləndirmək niyyətindədir.

Mənbə bildirir ki, əgər futbolçunun özü İtaliya klubuna keçmək istədiyini açıq şəkildə ifadə edərsə, “Mançester Yunayted” onun gedişini nəzərdən keçirməyə hazırdır.

Qeyd olunur ki, danışıqların taleyi əsasən Zirkzenin şəxsi mövqeyindən asılı olacaq və bu amil transfer prosesində həlledici rol oynaya bilər.

İdman.Biz

Məqalədə: