Messiyə barmaq toxundurmağın fantastik qiyməti açıqlandı

Xəbərlər
12 Dekabr 2025 14:15
48
Messiyə barmaq toxundurmağın fantastik qiyməti açıqlandı

Argentina millisinin kapitanı Lionel Messi ilə bağlı Hindistanda keçiriləcək tur çərçivəsində diqqətçəkən detal üzə çıxıb. Futbol əfsanəsi ilə şəxsən görüşmək və birgə foto çəkdirmək istəyənlər üçün qiymət açıqlanıb.

İdman.Biz xəbər verir ki, Messinin Hindistan turunun təşkilatçıları istənilən şəxsə futbolçu ilə üzbəüz görüş və foto imkanı təqdim edir. Bunun üçün ödənilməli olan məbləğ 9,5 milyon hind rupisi (təxminən 180 000 AZN) təşkil edir.

Məlumat fonunda Hindistandakı sosial-iqtisadi reallıq xüsusilə diqqət çəkir. Belə ki, ölkədə orta aylıq əməkhaqqı cəmi 32 min rupi (600 AZN) səviyyəsindədir. Bu isə Messiyə yaxınlaşmaq üçün tələb olunan məbləğin adi vətəndaş üçün faktiki olaraq əlçatmaz olduğunu göstərir.

Qeyd edək ki, Lionel Messi dünya futbolunun ən böyük simalarından biri olaraq qlobal miqyasda inanılmaz kommersiya dəyərinə malikdir və onun iştirakı ilə təşkil olunan tədbirlər demək olar ki, hər zaman böyük maliyyə rəqəmləri ilə müşayiət olunur.

İdman.Biz

Məqalədə: