UEFA Çempionlar Liqası əsas mərhələsinin 8-ci turu çərçivəsində “Qarabağ” “Enfild Roud”da “Liverpul”un qonağı olacaq.

İdman.Biz xəbər verir ki, Ağdam klubu oyunun keçiriləcəyi stadionda oyunöncəsi son məşqini keçirib.

“Liverpul” – “Qarabağ” qarşılaşması yanvarın 28-dən 29-na keçən gecə keçiriləcək.

Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

“Qarabağ” 7 oyundan sonra 10 xal toplayıb.

Ağdam klubu Çempionlar Liqasında 18-ci yerdədir.

“Liverpul” isə 15 xalla dördüncü yerdə qərarlaşıb.

Bu iki klubun ilk qarşılaşmasıdır.

