“Tottenhem”in oyunçuları Kolo Muani və Odober qəza keçiriblər

Xəbərlər
27 Yanvar 2026 23:54
89
“Tottenhem”in oyunçuları Kolo Muani və Odober qəza keçiriblər

“Tottenhem Hotspur”un hücumçusu Randal Kolo Muani və yarımmüdafiəçi Vilson Odober avtomobil qəzasına düşüblər.

İdman.Biz bildirir ki, bu barədə jurnalist Ben Ceykobs “Tottenhem”in baş məşqçisi Tomas Franka istinadən bildirir.

“Randal Kolo Muani və Vilson Odober təkər partlaması səbəbindən kiçik avtomobil qəzasına düşüblər, lakin hər ikisi özlərini yaxşı hiss edirlər və Frankfurta gedəcəklər”, - Ceykobs yazıb.

“Tottenhem” yanvarın 28-də “Frankfurt Arena”da keçiriləcək Çempionlar Liqasının 8-ci tur matçında “Ayntraxt”la qarşılaşacaq.

İdman.Biz