N’Qolo Kante üçün “Paris” variantı gündəmdə

Xəbərlər
12 Dekabr 2025 11:44
61
N’Qolo Kante üçün “Paris” variantı gündəmdə

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən N’Qolo Kantenin adı yenidən Avropa futbolu ilə hallanır. Fransız yarımmüdafiəçinin karyerasını vətənində davam etdirmə ehtimalı gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, tanınmış insayder Nikolo Skiranın məlumatına görə, N’Qolo Kantenin “Əl-İttihad”la müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Bu vəziyyətdən yararlanmaq istəyən “Paris” klubu təcrübəli futbolçunun transferində maraqlıdır və tərəflər arasında ilkin danışıqlara artıq start verilib.

Mənbənin yazdığına görə, Paris təmsilçisi Kantenin təcrübəsini və liderlik keyfiyyətlərini heyətinə qatmaq niyyətindədir. Klub rəhbərliyi orta xətti gücləndirmək üçün onun profilini uyğun hesab edir.

Qeyd edək ki, N’Qolo Kante daha əvvəl Fransanın “Kan”, İngiltərənin “Lester Siti” və “Çelsi” klublarında çıxış edib, Fransa millisinin heyətində isə dünya və Avropa çempionu titulunu qazanıb.

İdman.Biz

Məqalədə: