Ehtimal olunan Messi - Ronaldu dueli üçün biletlər rekord həddə çatıb

Xəbərlər
12 Dekabr 2025 09:43
57
Ehtimal olunan Messi - Ronaldu dueli üçün biletlər rekord həddə çatıb

ABŞ, Meksika və Kanadada keçiriləcək 2026 Dünya Çempionatında Argentina və Portuqaliya yığmaları arasında baş tuta biləcək mümkün dörddəbir final oyunu futbol azarkeşləri üçün ciddi maliyyə maneəsinə çevrilib.

İdman.Biz xəbər verir ki, Argentina mediası Lionel Messi ilə Kriştianu Ronaldu arasında ehtimal edilən son böyük mundial duelinin artıq indidən böyük ajiotaj yatdığını yazır.

Sözügedən qarşılaşma üçün ən ucuz biletin qiyməti 2 000 ABŞ dolları (təxminən 3 400 AZN) səviyyəsində müəyyənləşib. Bu məbləğ yalnız minimal yerlər üçün nəzərdə tutulub və daha yaxşı sektorlar üçün qiymətlərin xeyli yüksək olacağı bildirilir.

Qeyd olunur ki, Messi və Kriştianu Ronaldu kimi iki futbol əfsanəsinin Dünya Çempionatında üz-üzə gəlmə ehtimalı bazarda bilet qiymətlərini kəskin şəkildə artırıb və bu tendensiyanın turnir yaxınlaşdıqca daha da güclənəcəyi istisna edilmir.

İdman.Biz

Məqalədə: