Kamerun yığması ilə bağlı qalmaqal dərinləşib. Ölkənin futbol rekordunu əlində saxlayan Samuel Etonun 2025-ci il Afrika Millətlər Kubokunun (AFCON) heyətinə “Neftçi”nin hücumçusu Vinsent Abubakarı daxil etməyib.
İdman.Biz xəbər verir ki, Etonun hazırda Kamerun Futbol Federasiyasının (FECAFOOT) prezidenti kimi Abubakarın heyətdən çıxarılmasına birbaşa təsir göstərdiyi bildirilir.
Bu iddialar onun peşəkar rekordu qorumaq istəyi ilə izah olunur. Abubakar 45 qol ilə millinin ikinci ən çox qol vuran futbolçusudur və rekordçu Etonun 56 qolunu keçə bilər.
Mənbələr qeyd edir ki, Eto ötən həftə baş məşqçi Mark Brysi vəzifəsindən azad edib və yerinə David Paqounu təyin edib. Yeni baş məşqçinin elan etdiyi komanda siyahısında həm Abubakar, həm də qapıçı Andre Onana yoxdur.
Bu qərar azarkeşlər və federasiya daxilində qarışıqlıq yaradıb. Brys Federasiya rəhbərliyinin mövqeyini kəskin tənqid edərək bu addımı “inanılmaz” adlandırıb və veteran oyunçuların kənarda qalmasını anlaşılmaz sayıb.
Bununla birlikdə, rəsmi FECAFOOT açıqlama verməyib.
