“Qarabağ” klubu dünya reytinqində üç pillə geriləyib - FOTO/VİDEO

11 Dekabr 2025 11:00
237
“Qarabağ” klubu dünya reytinqində üç pillə geriləyib - FOTO/VİDEO

“Qarabağ” klubu dünya reytinqində üç pillə geriləyib.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda 187,5 xalı olan Azərbaycan çempionu 65-ci sıradan 68-ci pilləyə geriləyib.

"Araz-Naxçıvan" da sıralamada geriləyib. Komanda 390-cı pillədən (57,75 xal) 486-cı sıraya düşüb.

Reytinq sırasında mövqelərini yaxşılaşdıran komandalarımız da var. Belə ki, 87,25 xalı olan "Sabah" 276-cı mövqedən 252-yə, 70,5 xalı olan "Zirə" isə 387-dən 360-a qalxıb.

Qeyd edək ki, 502 klubun yer aldığı siyahıya 585 xalla Fransanın PSJ komandası lidelik edir.

@idman.biz “Qarabağ” klubu dünya reytinqində üç pillə geriləyib #qarabag #klub #dunya #reytinq #idman ♬ Idman və Biz - orijinal ses - Idman və Biz
İdman.Biz
Məqalədə: