Türkiyədə hakimlərdən son söz

Xəbərlər
16 Dekabr 2023 09:45
170
Türkiyədə hakimlərdən son söz

Dekabrın 19-da bərpa olunacaq futbol üzrə Türkiyə Superliqasında hakimlər meydana qayıdacaqlarına razılaşıblar.

İdman.biz xəbər verir ki, razılıq Türkiyə Futbol Federasiyasının (TFF) Prezidenti Mehmet Büyükekşi ilə görüşdükdən sonra verilib.

Onların oyunlara çıxmayacaqları, hətta TFF-in digər ölkələrdən hakim gətirəcəyi bildirilirdi.

Qeyd edək ki, referilərin etirazlarına səbəb Halil Umut Melerin Türkiyə Superliqasnın 15-ci turunun 1:1 hesabı ilə bitən “Ankaragücü” – “Rizəspor” matçından sonra ev sahiblərinin sabiq prezidenti Faruk Kocanın yumruq zərbəsinə məruz qalması olub. Hakimə hücum edən və artıq istefa verən sabiq rəhbərlə klubun digər nümayəndələri artıq dindirilib. Onların tezliklə cəzaları açıqlanacaq.

İdman.biz