Bu gün 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2027-ci il Avropa çempionatının birinci seçmə mərhələsinin püşkü atılıb.
İdman.Biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
B Liqasının altıncı qrupunda yer alan U-19 millimiz Şimali İrlandiya və Litva yığmaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, birinci seçmə mərhələnin oyunları 2026-cı il martın 23-dən 31-də keçiriləcək.
