Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
“Barselona”nın hücumçusu Markus Reşford yenidən zirvəyə qayıdır - İdman və Biz

“Barselona”nın hücumçusu Markus Reşford yenidən zirvəyə qayıdır

Xəbərlər
10 Dekabr 2025 13:39
45
“Barselona”nın hücumçusu Markus Reşford yenidən zirvəyə qayıdır

İspaniyanın “Barselona” klubunun hücumçusu Markus Reşford bu mövsüm göstərdiyi çıxışı ilə diqqət mərkəzinə düşüb. “Mançester Yunayted” tərəfindən heyətdən kənarlaşdırılan ingilis forvard Kataloniya klubunda performansı ilə yenidən yüksəlişə doğru gedir.

İdman.Biz xəbər verir ki, daha əvvəl yayılan məlumatlara əsasən, “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Reşfordu yeni mövsüm planlarında görmürdü. Klub onu əsas heyətdən uzaqlaşdırmışdı və gələcək taleyi qeyri-müəyyən görünürdü.

Lakin futbolçunun cavabı meydanda gəlib. Reşford Çempionlar Liqasının cari mövsümündə altı oyunda altı məhsuldar hərəkət (qol və ya assist) sərgiləyərək “Barselona”nın ən önəmli hücum silahlarından birinə çevrilib. Bu göstərici onun böyük təzyiq altında belə yenidən forma yığa bildiyini göstərir.

İdman.Biz