Məhkəmə qərar verdi: “Çelsi”nin futbolçusu Mixaylo Mudrik küçə süpürəcək - VİDEO

Xəbərlər
10 Dekabr 2025 12:42
40
Məhkəmə qərar verdi: “Çelsi”nin futbolçusu Mixaylo Mudrik küçə süpürəcək - VİDEO

İngiltərənin “Çelsi” klubunun hücumçusu Mixaylo Mudrikin adının ətrafında yenidən qalmaqal yaranıb. O, qanunsuz şəkildə tündləşdirilmiş şüşələri olan bahalı avtomobil idarə etdiyi üçün daha bir sürücülük qadağası alıb.

İdman.Biz xəbər verir ki, polis Mudrikini 140 min funt sterlinq (təxminən 297 min AZN) dəyərində olan BMW avtomobilini “həddindən artıq tünd” şüşələrlə və xarici nömrə nişanı ilə idarə etdiyi üçün saxlayıb.

Yoxlama zamanı futbolçunun sürücülük hüququ məhdudlaşdırıldığı halda avtomobil idarə etdiyi, sığortasının olmadığı və nəqliyyat vasitəsini təhlükəli vəziyyətdə istifadə etdiyi müəyyən edilib.

Məhkəmənin qərarına əsasən, Mudrik bir il müddətinə yenidən sürücülük hüququndan məhrum edilib. Bundan əlavə, o, 12 aylıq ictimai iş cəzası alıb və 60 saatlıq ödənişsiz iş görməyə məcbur edilib. Futbolçuya həmçinin 199 funt sterlinq (təxminən 420 AZN) məbləğində cərimə kəsilib.

Hadisə Mixaylo Mudrikin İngiltərədə yol hərəkəti qaydaları ilə bağlı ardıcıl problem yaşadığı üçün britaniya mediasında geniş müzakirə olunub.

Qeyd edək ki, bundan əvvəl də Mixaylo Mudrik dopinq qalmaqalı yenidən gündəmə gəlmişdi.

İdman.Biz

Məqalədə: