Arne Slot: “Hər kəs səhv edir, amma bunu kim etiraf etməlidir?”

Xəbərlər
10 Dekabr 2025 10:12
47
Arne Slot: “Hər kəs səhv edir, amma bunu kim etiraf etməlidir?”

İngiltərənin “Liverpul” komandasının baş məşqçisi Arne Slotun komandanın hücumçusu Məhəmməd Salah barədə səsləndirdiyi yeni açıqlama böyük rezonans doğurub.

İdman.Biz xəbər verir ki, Slot sözügedən açıqlamanı mövsümöncəsi yaranmış narazılıqlardan sonra Salahın komandaya mümkün dönüşü barədə danışarkən verib.

“Deyirsiniz ki, hər kəs həyatda səhv edir, amma əsas sual budur: bunu oyunçuların özləri də qəbul etməlidirlərmi? Və təşəbbüs kimdən gəlməlidir, məndən, yoxsa futbolçunun özündən?”, - deyə baş məşqçi sual edib.

Mütəxəssisin bu sözləri “Liverpul”un ulduz hücumçusu ilə münasibətlərdə hələ də müəyyən gərginliyin qaldığının siqnalı kimi dəyərləndirilir. Salahın gələcək mövqeyi, komandaya nə vaxt və necə qayıdacağı hələlik dəqiqləşməyib.

İdman.Biz