Türkiyə klubunun futbolçusunun maşını yanaraq kül oldu - FOTO/VİDEO

Xəbərlər
8 Dekabr 2025 16:21
56
Türkiyə klubunun futbolçusunun maşını yanaraq kül oldu - FOTO/VİDEO

Türkiyənin “Samsunspor” komandasının futbolçusu Antoni Musabanın idarə etdiyi avtomobil hərəkətdə olarkən mühərrik hissəsindən alışıb.

İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Ankara bulvarında baş verib.

Futbolçu və ailəsi maşını zərər çəkmədən tərk edə biliblər.

Avtomobil isə yanaraq yararsız hala düşüb.

İdman.Biz