Azərbaycanlı futbolçunun klubu Albaniya çempionatında qələbə qazandı - VİDEO

Xəbərlər
8 Dekabr 2025 11:32
89
Azərbaycanlı futbolçunun klubu Albaniya çempionatında qələbə qazandı - VİDEO

Albaniya Superliqasında XV turun qarşılaşmaları keçirilib.

İdman.Biz xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” səfərdə “Tirana” ilə üz-üzə gəlib.

Görüş qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycanəsilli Vüsal İsgəndərli matça start heyətində başlayıb və 79-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Partizani” bu qələbədən sonra 20 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

İdman.Biz