“Barselona”dan şad xəbər: əsas heyət demək olar ki, tam hazırdır

Xəbərlər
7 Dekabr 2025 18:20
51
“Barselona”dan şad xəbər: əsas heyət demək olar ki, tam hazırdır

“Barselona”nın cinah oyunçuları Rafinya və Alexandro Balde komandanın bugünkü məşqində adi rejimdə iştirak ediblər və “Ayntraxt”la qarşıdakı oyuna tam hazır vəziyyətdədirlər.

İdman.Biz xəbər verir ki, bu barədə Karlos Monfort və Xavi Miqel məlumat yayıb.

Məşq prosesi zamanı hər iki futbolçunun vəziyyəti məşqçilər korpusu tərəfindən qənaətbəxş qiymətləndirilib.

Eyni zamanda Joan Qarsiyanın sağlamlıq durumunun da yaxşı olduğu bildirilir. “El Chiringuito” nun məlumatına görə, qapıçı sadəcə son matçı yorğunluqla başa vurduğu üçün axsayıb və hazırda onda heç bir ağrı və ya narahatlıq yoxdur.

Bundan başqa, Mark-Andre ter Ştegen tibbi icazə alaraq “Osasuna” ilə oyunda “Barselona”nın heyətinə qayıda bilər. Bu isə katalon klubunun qapı xətti üçün ciddi üstünlük hesab olunur.

İdman.Biz

Məqalədə: